"Şamaxı"da ayrılıq gerçəkləşib.
Sportal.az xəbər verir ki, bölgə təmsilçisi Brahim Konate ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
28 yaşlı fransalı futbolçu ilə müqavilənin müddəti başa çatıb.
Qeyd edək ki, Brahim Konate "Şamaxı"nın heyətində meydana çıxdığı 30 rəsmi matçda 9 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi