"Napoli" "Milan"a göndərəcək

13:48 - 27 May 2025

"Napoli"nin hücumçusu Noah Okafor “Milan”a geri qayıdacaq.

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, Neapol təmsilçisi isveçrəli forvardın icarə müqaviləsini artırmaq niyyətində deyil.

Onun İtaliya çempionu ilə müqavilə müddəti gələn ayın sonunda başa çatacaq.

Okafor 2028-ci il iyunun 30-na qədər “Napoli”yə məxsusdur. O, buna qədər “Bazel”, “Zaltsburq” klublarının formasını geyinib.
 

Xəbər xətti