Millimiz dünya çempionatında 1/4 finala yüksəldi

21:49 - 27 May 2025

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında 1/8 final mərhələsinin oyunları baş tutub.

Sportal.az xəbər verir ki, bu gün Azərbaycan milli komandası Rumıniya seçməsi ilə üz-üzə gəlib. 

Qarşılaşmanın əsas vaxtı 1:1 hesablı bərabərliklə başa çatıb. Penaltilər seriyasında daha dəqiq olan Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv 1/4 finala yüksəlib. Yığmamız bu raundda İngiltərə ilə qarşılaşacaq.

Xəbər xətti