"Beşiktaş" hücumçu axtarışlarını davam etdirir.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "qara qartallar" "Betis"in futbolçusu Sedrik Bakambu ilə yaxından maraqlanır.
Türkiyə klubu 34 yaşlı forvardı heyətinə qatmaq üçün “Betis”lə danışıqlara başlayıb.
Sedrik özü də, Türkiyəyə qayıtmağı nəzərdən keçirir. 2024-cü il fevralın 1-dən İspaniya klubunda oynayan forvardın müqavilə müddəti 2026-cı il iyunun 30-da başa çatacaq.
O, əvvəllər “Soşo”, “Bursaspor”, “Vilyarreal”, “Beyjinq Qoan”, “Marsel”, “Olimpiakos”, “Əl-Nəsr”, “Qalatasaray” klublarında forma geyinib.