"Barselona"dan Markus Reşford həmləsi

21:20 - 28 May 2025

"Barselona" hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, İspaniya çempionu "Mançester  Yunayted"in futbolçusu Markus Reşfordu transfer etmək istəyir. Bu barədə "Marca" nəşriməlumat yayıb.

"Barselona" ingiltərəli vingerin meneceri ilə danışıqlara başlayıb. Reşford özü təklifə isti yanaşır. Klubu 28 yaşlı oyunçu üçün 40 milyon avro tələb edir.

Qeyd edək ki,  Markus Reşford başa çatan mövsümün ikinci yarısını icarə əsasında "Aston Villa"da keçirib. İngiltərə millisinin üzvü Birmingem təmsilçisinin heyətində meydana çıxdığı 17 rəsmi matçda 4 qol və 6 məhsuldar ötürmə ilə  yadda qalıb.

Xəbər xətti