Sabiq "Bavariya"lı rəsmən "Auqsburq"un baş məşqçisi oldu

23:33 - 28 May 2025

"Auqsburq" yeni baş məşqçisini rəsmən elan edib.

Sportal.az xəbər verir ki, komandanın sükanı arxasına Almaniya millisinin və "Bavariya"nın sabiq hücumçusu Sandro Vaqner keçib. O, 2023-cü ildən bəri Almaniya millisində Yulian Nagelsmannın məşqçilər heyətində çalışırdı. Baş məşqçi kimi isə yalnız 2021–2023-cü illərdə "Unterhaxinq" klubuna rəhbərlik edib.

Vaqnerlə 2028-ci ilə qədər müqavilə imzalanıb. Bundesliqada mövsümü 12-ci yerdə başa vuran "Auqsburq"da o, Yes Torupu əvəz edib.

Xəbər xətti