"Napoli" Konte ilə davam edəcəyini açıqladı - RƏSMİ

01:01 - 30 May 2025

Antonio Konte "Napoli"nin baş məşqçisi olaraq fəaliyyətini davam etdirəcək.

Sportal.az xəbər verir ki, Neapol klubunun mətbuat xidməti məşqçinin mövsüm ərzindəki ən yaxşı anlarından ibarət video yayımlayıb və onu "Con Te Ag4IN" ("Yenə səninlə") şüarı ilə təqdim edib.

Antonio Konte 2024-cü ildə "Napoli"nin sükanı arxasına keçib və üçillik müqavilə imzalayıb. O, ilk mövsümündəcə klubu A Seriyasının çempionu edib.

Xəbər xətti