"Sabah"ın müdafiəçisi Con İrazabal Sportal.az saytına müsahibə verib.
- Bu mövsüm Premyer Liqadakı çıxışınızı necə dəyərləndirirsən?
- Məncə, bu mövsüm Premyer Liqa bizim üçün uğur alınmadı. Amma ölkə kubokunun finalında oynayacağıq. Görək çempionatdakı çıxışımızı kubokdakı uğurlu nəticə ilə yaxşılaşdıra biləcəyikmi, baxacağıq.
- "Sabah”ın kubokun finalındakı şanslarını necə qiymətləndirirsən?
- Final bir oyundan ibarətdir. Demək ki, hər iki komanda üçün şanslar eynidir.
- Razısan ki, “Qarabağ”ın finalın aşkar favoritidir?
- "Qarabağ" hər mövsüm öz istedadını göstərir. Əksər insanlar üçün “Qarabağ” finalın favoritidir.
- Komandan tarixində ilk dəfə kubokunu necə qazana bilər?
- Oyun zamanı hər bir hərəkətdə çox diqqətli olmaq vacib olacaq. Topla cəsarətli olub, xətlər arasındakı ötürmələri ən yaxşı şəkildə bağlamağa çalışmalıyıq.
- Maraqlıdır ki, bu mövsüm yeganə qolunuzu məhz kubokda vurmusunuz. “Qarabağ”a qol vurmaq fikriniz varmı?
- Komandanın titul qazanmasına kömək edə bilsəm, xüsusi olaraq qol vurmaq xoş olardı.
- Müqaviləniz mövsümün sonunda başa çatır. Sizi yeni mövsümdə “Sabah” da görəcəyik?
- Oyundan sonra fərdi vəziyyətlər haqqında danışmağa vaxtımız olacaq.
Mirbağırağa
saytlarin hazirlanmasi