UEFA Çempionlar Liqasında 2024/2025 mövsümünə yekun vurulub.
Sportal.az xəbər verir ki, bu gün turnirin final görüşü keçirilib. Həlledici oyunda İtaliyanın "İnter" klubu ilə Fransa təmsilçisi PSJ üz-üzə gəlib.
Almaniyanın Münhen şəhərində keçiriləcək qarşılaşma PSJ-nin 5:0 hesablı darmadağınlı qələbəsi ilə yekunlaşıb. Paris klubu bu qələbə ilə tarixində ilk dəfə Çempionlar Liqasının qalibi olub.
UEFA Çempionlar Liqası, final
23:00. PSJ- "İnter" 5:0
Qollar: A.Hakimi,12, D.Doue,20,63, K.Kvaratskelia,73, S.Mayulu,87
saytlarin hazirlanmasi