"Sabah" "Başakşehir" və "Qaziantep"ə qalib gəldi

15:38 - 30 May 2025

Türkiyədə təşkil olunan “Rize Cup” beynəlxalq futbol turnirinə start verilib.

Sportal.az xəbər verir ki, “Sabah”ın U-12 komandası turnirdə ilk oyunlarını keçirib. İlk matçda komanda yerli “Rizespor”la qarşılaşıb. Oyun rəqibin 2:1 hesablı qələbəsi ilə nəticələnib. "Sabah"ın heyətində Səhlab Məmmədov fərqlənib.

“Sabah” növbəti qarşılaşmasında “Başakşehir”i 1:0 hesabı ilə məğlub edib. Oyunda yeganə qolu Arda Fərəmuzov vurub. 

Baş məşqçi Emin Salmanovun çalışdırdığı kollektiv üçüncü oyunda “Qaziantep”lə qarşılaşıb. Təmsilçimiz bu matçdan 3:1 hesablı qələbə ilə ayrılıb. Matçda hər üç qola Arda Fərəmuzov imza atıb.

Üç oyundan sonra "Sabah"ın hesabında altı xal var.

Xəbər xətti