Fernando Torres daha 2 il "Atletiko"da

10:27 - 31 May 2025

İspaniyanın "Atletiko" klubu B komandasının baş məşqçisi Fernando Torreslə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, La Liqa nəhəngi iispan mütəxəssisin müqaviləsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

41 yaşlı məşqçi ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalanıb.

Qeyd edək ki, Fernando Torres 2021-ci ildən "Atletiko"nun akademiyasında çalışır. O, ötən ilin yayında B komandasının baş məşqçisi təyin olunub.

Xəbər xətti