"Sabah"ın hücumçusu: "Bizi çox böyük oyun gözləyir"

15:04 - 29 May 2025

"Sabah"ın kapitanı Pavol Safranko Azərbaycan Kubokunun "Qarabağ"la keçiriləcək finall matçından öncə mətbuat konfransında iştirak edib.

Sportal.az slovakiyalı hücumçunun fikirlərini diqqətinizə çatdırır:

- Bizi çox böyük oyun gözləyir. Hər iki komanda üçün maraqlı oyun olacaq. İlk dəfə finalda oynayacağıq. Hər kəsə söz verirəm, əlimizdən gələni dəcəyik ki, kuboka sahib çıxaq. Hamı oyundan həzz alacaq.

- 5 ölkədə legioner həyatı yaşamısan, onlardan ikisində titul qazanmısan. Azərbaycan Kubokunu qazanmaq sənin üçün daha önəmli sayıla bilər?

- Hər titul önəmlidir. Yaş ötdükcə bunu hiss edirsən. Bütün titullar mənim üçün eynidir.

Mirbağırağa

Xəbər xətti