"Liverpul"un futbolçusu Kodi Qakpo karyerasını Almaniyada davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Bavariya" niderlandlı niderlandlı vingeri transfer etmək istəyir. Bu barədə "Daily Mirror" nəşri məlumat yayıb.
Əslində "Liverpul" oyunçusunu satmaq istəmir. Lakin 75 milyon funt-sterlinqlik təklif gəlsə, klub fikrini dəyişəcək.
Qeyd edək ki, "Liverpul" Kodi Qakponu 2023-cü ilin yanvar ayında PSV-dən transfer edib. Niderland millisinin üzvü olan 26 yaşlı futbolçu başa çatan mövsümdə Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 49 rəsmi matçda 18 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi