"Zirə"də daha bir ayrılıq yaşana bilər.
Sportal.az saytına verilən məlumata görə, qəsəbə təmsilçisi Eldar Quliyevlə yollarını ayıra bilər. "Zirə"də yerli yox, legioner kimi, Ukrayna vətəndaşı olaraq oynayan 23 yaşlı futbolçunun yola salınacağı, əvəzinə başqa legionerin cəlb olunacağı gözlənilir.
2023-cü il fevral ayından "Zirə"də çıxış edən Quliyevin müqavilə müddəti gələn ilin iyun ayının 30-na kimidir.
Qeyd edək ki, daha öncə Rafael Utziqin "Zirə"dən ayrılacağı gündəmə gəlmişdi.
saytlarin hazirlanmasi