"Sabah"ın sabiq baş məşqçisi: "Əzmkarlıq, istək və döyüşkən ruh sayəsində qazandılar"

17:22 - 1 İyun 2025

"Final matçında hər şey mümkündür. "Sabah" üçün bu matç daha vacib idi ki, mövsümü gözəl notlarla bitirsinlər. Məncə, qələbəni əzmkarlıq, istək və döyüşkən ruh sayəsində qazandılar. "Sabah" çox istəkli idi və çox ağıllı müdafiə olunaraq, hücumlar qurdular. Sonda da qalib gəldilər".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Sabah"ın sabiq baş məşqçisi Ramin Quliyev deyib.

O, Masazır təmsilçisinin ölkə kubokunun finalında "Qarabağ"a qalib gələrək(3:2) titula sahib çıxmasını şərh edib:

"Matçdakı həlledici məqam 90 dəqiqədə artırılan dəqiqələrdə vurulan qol oldu. Məhz həmin qol komandaya ümid verdi. Vasili Berezutski "Sabah"ın tarixlərindən birini yazdı. Onun komandada qalıb-qalmayacağı klubdaxili məsələdir. Ancaq mövsümü titulla başa vurdu. Hər halda, "Sabah" kuboku qazandı".

Mirbağırağa

Xəbər xətti