"Fənərbaxça" yayda bir neçə legioneri ilə yollarını ayıracaq.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Aleksander Djikuya etimad göstərmək istəmir.
30 yaşlı futbolçunun xidmətində İtaliya klubları maraqlıdır. Qana millisinin üzvünün karyerasını “Cenoa”da davam etdirmək ehtimalı yüksəkdir.
Djikunun “Fənərbaxça” ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. Aleksander “Bastiya”, “Kan”, “Strasburq” klublarında oynamışdı.
saytlarin hazirlanmasi