Azərbaycan millisinin yarımmüdafiəçisi bu klubdan ayrıldı 

18:22 - 1 İyun 2025

Azərbaycan milli komandasının yarımmüdafiəçisi Emil Mustafayev Ukraynanın “Çernomorets” klubunu tərk edib. 

Sportal.az xəbər verir ki, Odessa təmsilçisi milli komandamızın üzvü ilə icarə müqaviləsini artırmayıb. Belədə, o, məxsus olduğu "Polessye”yə geri qayıdacaq.

Xatırladaq ki, 23 yaşlı yarımmüdafiəçi bu ilin yanvarında “Çernomorets”ə icarəyə verilmişdi.

Ukrayna çempionatında mövsümün yekununa əsasən Odessa təmsilçisi turnir cədvəlində sonuncu pilləni tutub və birinci liqaya düşüb. 

Xəbər xətti