Zinəddin Zidan "Əl-Hilal"a rəhbərlik etmək istəməyib.
Sportal.az "Footmercato"ya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu fransalı mütəxəssisə maaşı 100 milyon avronu keçən bir illik müqavilə təklif ediblər.
"Real"ın sabiq çalışdırıcısı “Əl-Hilal”a göstərdikləri maraq üçün təşəkkür edib, lakin planında başqa layihələrin olduğunu vurğulayaraq klubun təklifini geri çevirib.
52 yaşlı mütəxəssis son olaraq 2019-2021-ci illərdə "Real"ı (Madrid) çalışdırıb.
saytlarin hazirlanmasi