"Neftçi"dən ayrılan müdafiəçi: "Məni həmişə tənqid edən azarkeşlərə təşəkkür edirəm"

20:22 - 1 İyun 2025

"Neftçi"nin yollarını ayırdığı Azər Salahlı “ağ-qaralar”la vidalaşıb.

Sportal.az xəbər verir ki, müdafiəçi instaqram profilində bunları yazıb:

"3,5 il bundan əvvəl bu formanı geyinməyə başlamışdım. "Neftçi"də 100 oyun keçirmək böyük qürurdur. Bəzən nəticə əldə etdik, bəzən də hər şey istədiyimiz kimi alınmadı. Amma işləməyə davam etməkdən heç vaxt vaz keçmədim. Təəssüf ki, bəzən sənin niyyətin azarkeşlərin gözündə görünməyə bilər...İndi isə yollar ayrılır. Bu formanı geyinmək mənim üçün şərəf idi. Hər kəsə təşəkkür edirəm: komanda yoldaşlarıma, məşqçilərimə, klub rəhbərliyinə və ən çox da məni həmişə tənqid edən azarkeşlərə".

Xəbər xətti