Portuqaliya millisinin qapıçısı BƏƏ klubunda

19:49 - 1 İyun 2025

"Əl-Əyn" "Atalanta"dan ayrılan Rui Patrisiunu heyətinə qatıb.

Sportal.az xəbər verir ki, bu barədə BƏƏ klubunun mətbuat xidməti məlumat yayıb.

Portuqaliyalı qapıçı “Əl-Əyn”ə klublararası dünya çempionatında kömək edəcək. Ondan sonra isə təcrübəli qolkiperin komandada qalıb-qalmayacağı bəlli olacaq.

Əlavə edək ki, BƏƏ klubu klublararası dünya çempionatında “Mançester Siti”, “Vidad”, “Yuventus”la G qrupunda yer alıb. 37 yaşlı futbolçu indiyə qədər “Sportinq”(Lissabon), “Vulverhempton”, “Roma” komandalarının qapısını qorumuşdu.

Qeyd edək ki, turnir 2025-ci il iyunun 15-dən iyulun 13-dək keçiriləcək.

Xəbər xətti