"Çelsi" legionerini komandada saxlamağı planlaşdırır

20:48 - 1 İyun 2025

"Çelsi" aparıcı futbolçularından olan Moyzes Kaysedonu komandadan buraxmaq fikrində deyil.

Sportal.az "The Mirror"a istinadən xəbər verir ki, "zadəganlar" ekvadorlu futbolçuya yeni müqavilə təklif edib.

Futbolçunun özü də, "Çelsi"də qalmaq istəyir. Onun hazırkı müqaviləsi 2031-ci il iyunun 30-na qədərdir. İngiltərə klubu 23 yaşlı futbolçunun müqavilə müddətini daha 2 il artırmağı planlaşdırır.

Ekvador millisinin üzvü 2023-cü il avqust ayında "Brayton"dan "Çelsi"yə keçib. O, bundan əvvəl "İndependiente"(Ekvador), "Brayton", "Beerşot" klublarında oynayıb.

Xəbər xətti