"Sabah"ın qapıçısı Stas Pokatilov ölkə kubokunun final görüşündən sonra Sportal.az saytına müsahibə verib.
- Azərbaycan kubokunun finalında “Qarabağ” üzərində qələbə (3:2) qazandınız. Həmin qələbə haqda nə düşünürsən?
- Sözüm yoxdur, hisslər isə gözəldir. Futbolçular sona qədər mübarizə apardılar. Azarkeşlər üçün əla matç oldu və hər kəs bəyəndi.
- Hesabı 90+7-ci dəqiqədə bərabərləşdirdiniz. Sona qədər ümidiniz var idi?
- Qələbəmizə sona qədər inanırdım.
- “Qarabağ” favorit olsa belə, buna inanırdın?
- Kuboku qazanacağımıza əmin idim. Digərlərini bilmirəm, amma mən əmin idim. Hətta oyundan əvvəl qardaşıma demişdim ki, bu gün kuboku qazanacağıq.
- Qələbə qolu 120-ci dəqiqədə vuruldu. Penaltilər seriyasına psixoloji hazır idiniz?
- Hazırlaşırdım. Bütün qapıçılar komandamız buna hazırlaşırdı. Bunu oyundan əvvəl məşq etmişdik.
- “Sabah” karyerasının ilk kubokunu qazanmaqla yanaşı, Avropa Liqasında iştirak etmək hüququ da qazandınız. Bu haqda nə deyərdin?
- Bu, “Sabah” üçün Avropadakı ilk mövsümü olmayacaq. Bütün klublar üçün avrokuboklarda oynamaq motivasiyadır. Avropa Liqası ilə başlayacağımız üçün şadıq.
- Müqaviləniz mövsümün sonunda başa çatdı. “Sabah”da qalacaqsan?
- Mən hələ bilmirəm. “Sabah”da və Bakını bəyənirəm. Amma qalıb-qalmamağımı müəyyən edən amillər var.
- Yəni, danışıqlar tezliklə olacaq?
- Bəli, klub rəhbərliyi ilə razılaşdıq ki, finaldan sonra bunu müzakirə edək.
Mirbağırağa
saytlarin hazirlanmasi