"Qalatasaray" PSJ-nin hücumçusunu istəyir

13:22 - 1 İyun 2025

"Qalatasaray" rəhbərliyi Viktor Osimheni komandada saxlaya bilməyəcəyi təqdirdə, kimi heyətinə qatacağını dəqiqləşdirib.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə çempionu Kolo Muani ilə yaxından maraqlanır.

İstanbul təmsilçisi PSJ-nin forvardını transfer etmək üçün lazımı təklifi irəli sürəcək.

Muaninin PSJ ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. O, əvvəllər "Nant", "Bulon", "Ayntraxt"(Frankfurt) komandalarında çıxış edib.

Xəbər xətti