"Liverpul" Kuivin Kelleher üçün 6 milyon funt sterlinqdən çox bonus ala bilər.
Sportal.az xəbər verir ki, "Brentford" qapıçını 12,5 milyon funt sterlinq qarşılığında (əlavə ödənişlərsiz) transfer etmək üçün razılığa gəlib.
İnsayder Fabrizio Romano-nun məlumatına görə, bonuslarla birlikdə bu məbləğ 18 milyon funt sterlinqə çata bilər.
"Liverpul"un yetirməsi olan Kelleher bu mövsüm Premyer Liqada 10 oyun keçirib.
saytlarin hazirlanmasi