"Mançester Yunayted" "Əl-Hilal"ın hücumçusunu transfer etmək istəyir

19:57 - 4 İyun 2025

"Əl-Hilal"ın futbolçusu Aleksandar Mitroviç İngiltərə Premyer Liqasına qayıda bilər.

Sportal.az xəbər verir ki, "Mançester Yunayted" serbiyalı hücumçunu transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

"Qırmızı şeytanlar" Səudiyyə Ərəbistanı klubu ilə 1 illik müqaviləsi qalan Mitroviçi heyətinə qatmaq üçün danışıqlara başlayacaq. "Milan" da 30 yaşlı forvardla maraqlanır.

Qeyd edək ki, "Əl-Hilal" Aleksandar Mitroviçi 2023-cü ilin yayında "Fulhem"dən transfer edib. Təcrübəli oyunçu başa çatan mövsümdə komandanın heyətində meydana çıxdığı 36 rəsmi matçda 28 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti