Millətlər Liqası: İspaniya finalda - YENİLƏNİB

00:54 - 6 İyun 2025

Bu gün UEFA Millətlər Liqasında finalın adı bəlli olub.

Sportal.az xəbər verir ki, yarımfinalda İspaniya millisi Fransa ilə üz-üzə gəlib. 9 qolun vurulduğu matçda İspaniya yığması 5:4 hesablı qələbə qazanaraq adını finala yazdırıb.

Qeyd edək ki, İspaniya yığması finalda Portuqaliya ilə qarşılaşacaq.

Millətlər Liqası

5 iyun

23:00. İspaniya - Fransa 5:4

Qollar: N. Villiams,23, M. Merino, 26, L.Yamal,54(pen),67, Pedri,55, - K.Mbappe,59(pen), R.Çerki,79, D.Vivian,84(ö.q), K.Muani,90+4

Xəbər xətti