"Qalatasaray" Almaniya klubunun təklifini rədd etdi

11:36 - 5 İyun 2025

“Qalatasaray” “Verder”in Derrik Köhnü transfer etmək üçün irəli sürdüyü 3,5 milyon avroluq təklifini rədd edib.

Sportal.az “Bild”ə istinadən xəbər verir ki, iyunda futbolçu İstanbul klubuna geri qayıtmalıdır.

Köhn 2024-cü il avqust ayından “Verder”də icarə əsasında çıxış edir.

Onun "Qalatasaray"la müqavilə müddəti 2026-cı il iyun ayına qədərdir. 26 yaşlı sol cinah müdafiəçisi ötən mövsüm Bremen klubunda 30 oyun keçirib, 4 qol, 2 məhsuldar ötürmə və 2 sarı vərəqə alıb.

Xəbər xətti