"İnter"in müdafiəçisi Françesko Açerbi Səudiyyə Ərəbistanına yollana bilər.
Sportal.az xəbər verir ki, "Əl-Hilal" italiyalı futbolçunun xidmətində maraqlıdır. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
"İnter"dən ayrılıb, "Əl-Hilal"a keçən baş məşqçi Simone İnzagi sabiq futbolçusunu yenidən sərəncamında görmək istəyir. Ərəblər 27 yaşlı mərkəz müdafiəçisi üçün İtaliya klubuna təklif göndərəcək.
Qeyd edək ki, "İnter" Françesko Açerbini 2022-ci ilin yayında "Latsio"dan transfer edib. İtaliya millisinin üzvü başa çatan mövsümdə Milan təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi matçda 1 qol və 2 məhssuldar ötürmə ilə yadda qalıb. Onun klubla 1 illik müqaviləsi var.
saytlarin hazirlanmasi