Sabri Sarıoğlu Türkiyə millisindən ayrıldı

20:48 - 11 İyun 2025

Türkiyə U-19 milli komandasının baş məşqçisi Sabri Sarıoğlu istefa verib.

Sportal.az xəbər verir ki, 40 yaşlı mütəxəssis bu barədə özünün sosial şəbəkə hesabında paylaşım edib. Baş məşqçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Sabri Sarıoğlu ötən ilin yayında yığmada baş məşqçi postuna təyin olunmuşdu.

Xəbər xətti