"Qarabağ"da növbəti ayrılıq gerçəkləşib.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi Patrik Andrade ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Kabo-verdeli yarımmüdafiəçinin klubla başa çatan müqaviləsinin müddətini uzadılmayıb.
Patrik Andrade ötən mövsüm "Qarabağ"ın heyətində meydana çıxdığı 39 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, "Qarabağ" müqaviləsi başa çatan Yassin Benzia ilə də yollarını ayırıb.
saytlarin hazirlanmasi