"Beşiktaş"ın futbolçusu Amir Hadziahmetoviç İtaliyaya köçməyə hazırlaşır.
Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, bosniyalı yarımmüdafiəçi İtaliya A seriyasında yarışan “Cenoa”nın maraq dairəsindədir.
Genuya təmsilçisi bu qarşıdakı ay Amirin keçidini həll etmək istəyir.
Onun “Beşiktaş”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. O, 2023-cü il fevral ayında “Konyaspor”dan İstanbul klubuna keçmişdi.