Azərbaycan millisinin sabiq üzvü Rahid Əmirquliyev peşəkar futbolçu karyerasını bərpa edəcək.
Sportal.az saytına açıqlama verən təcrübəli futbolçu yeni mövsüm Birinci Liqada mübarizə aparacaq “Şahdağ Qusar”a kömək etmək fikrində olduğunu bildirib:
"Şahdağ Qusar"ın 75 illik tarixində ilk uğuru, ilk kuboku bu il qazandıq. Buna görə çox sevinirəm. Həm klub, həm də şəhər üçün böyük uğur oldu. Allah qoysa, davamı gələr. Çempionluq asan olmadı, son turda bunu rəsmiləşdirdik. Doğrudur, karyeramı başa vurmuşdum. Sadəcə “Şahdağ” mənə doğma klubdur, karyeramda ilk addımları burada atmışam. Bu kluba kömək etməyi özümə borc bildim. Təbii ki, Birinci Liqada da bu kluba kömək etmək istəyərəm. Bunlar rəhbərliklə görüşdən sonra bəlli olacaq. Çox istəyərdim ki, komandamız Premyer Liqaya qədər yüksəlsin. Zaman hər şeyi göstərəcək".
Mirbağırağa