"Qalatasaray"ın futbolçusu Yunus Akgünün komandada qalıb-qalmayacağı hələ ki bəlli deyil.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yarımmüdafiəçi İspaniyanın “Real Sosyedad” klubundan gələn təklifi geri çevirib.
Onun İtaliyaya yollanmaq və “Qalatasaray”da qalmaq arasında seçim edəcəyi gözlənilir.
24 yaşlı futbolçunun Türkiyə çempionu ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
O, 2018-ci ildən “Qalatasaray”ın əsas komandasında oynayır. Türk futbolçu “Adana Demirspor”, “Lester” klublarında da icarə əsasında çıxış edib.