Rusiyanın 1-ci liqasında çıxış edən “SKA-Xabarovsk”un forvardı Kamran Əliyev karyerasını yenidən Azərbaycanda davam etdirə bilər.
Sportal.az saytına verilən məlumata görə, 26 yaşlı hücumçunun xidmətində Premyer Liqamızda yarışan bir neçə klub maraqlıdır.
Onlar arasında “Qəbələ”, “Kəpəz”, “Araz-Naxçıvan” klubları var. Hazırda danışıqlar gedir.
Onun yeni mövsümə Azərbaycanda başlamaq ehtimalı yüksəkdir. 26 yaşlı futbolçu “Ximki”, “Arsenal”(Tula) və “Sumqayıt” klublarında da oynayıb.