Polşanın "Radomyak" klubunun azərbaycanlı futbolçuları Renat Dadaşov və Rahil Məmmədova "transfermarkt"da yeni transfer qiyməti qoyulub.
Sportal.az xəbər verir ki, hər iki futbolçunun transfer qiymətində eniş yaşanıb.
Belə ki, Dadaşovun dəyəri 1 milyon 200 min avrodan 900 minə (təxminən 1 milyon 750 min manat), Məmmədovun isə 300 min avrodan 250 min manata (təxminən 485 min manat) düşüb.
Qeyd edək ki, Renatın "Radomyak"la müqavilə müddəti bu ayın sonunda başa çatacaq. Rahil Məmmədov isə 2026-cı il iyunun 30-na qədər Polşa klubuna məxsusdur.