Argentina millisinin baş məşqçisi Lionel Skaloni DÇ-2026-nın seçmə mərhələsinin 16-cı turunda Kolumbiya ilə matçda Lionel Messinin 78-ci dəqiqədə əvəzlənməsi haqqında danışıb.
Sportal.az xəbər verir ki, "TyC Sports"a danışan argentinalı mütəxəssis bunları deyib:
"Əvvəla onu deyim ki, Messi meydandan çıxmaq istəmirdi. Amma dəyişiklik etdiyimizi görəndə, xahiş etdi ki, onu əvəzləyək. Mənə bu haqda deməsəydi, onu əvəzləməyəcəkdim. Özü istədi deyə, onu əvəzləməyə məcbur olurduq".
Qeyd edək ki, bu görüşdə Kolumbiyadan 24-cü dəqiqədə Luis Dias fərqlənib. Tyaqo Almada isə 81-ci dəqiqədə hesabı bərabərləşdirib.