Sanço rəsmən "Mançester Yunayted"ə qayıtdı

22:55 - 11 İyun 2025

Ceydon Sanço icarə müddəti başa çatdıqdan sonra "Mançester Yunayted"ə qayıdır.

Sportal.az xəbər verir ki, bu barədə Londonun "Çelsi" klubu rəsmi açıqlama verib.

Sanço komandaya 31 avqust 2024-cü ildə qoşulmuşdu və ötən mövsüm klubun heyətində ümumilikdə 41 oyun keçirib. "Çelsi"dəki çıxışı zamanı vinger 5 qol vurub, sonuncu qolu isə Konfrans Liqasının finalında "Betis"ə qarşı oyunda (4:1) qeydə alıb.

"Zadəganlar" ötən mövsüm icarə əsasında oynayan futbolçunun təxmini 25 milyon funt-sterlinq dəyərində olan məcburi satınalma şərtindən imtina etdiyinə görə 5 milyon funt cərimə ödəyib.

Xəbər xətti