"Neftçi"nin formasını geyinmiş Kilan Lebon karyerasını Cənubi Koreyada davam etdirəcək.
Sportal.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi "Çonnam Draqons" klubu ilə anlaşıb.
Cənubi Koreyanın 2-ci liqasında çıxış edən klub Lebonla 2 illik müqaviləyə qol çəkib.
Qeyd edək ki, Lebon 2023-2025-ci illərdə "Neftçi"də oynayıb, daha sonra Yunanıstanın "Kalitea" klubuna keçmişdi.