Niderland klubuna keçən millimizin üzvü: "Erediviziyadakı debütümü səbirsizliklə gözləyirəm"

16:22 - 29 İyun 2025

Azərbaycan milli komandasının vingeri Ozancan Kökçü yeni klubu olan Niderlandın "Volendam" klubunda ilk məşqinə çıxıb.

Sportal.az "NH Nieuws" portalına istinadən xəbər verir ki, ötən mövsümü Finlandiyanın “Helsinki” klubunda keçirən 26 yaşlı futbolçu Erediviziyada debüt edəcəyi Niderland çempionatına qayıdışı ilə bağlı fikirlərini bildirib: 

"Ötən mövsüm mənim üçün tutqun və soyuq keçdi. Konfrans Liqası matçlarında oynasam da, əyləncəni əldən verdim. Erediviziyadakı debütümü səbirsizliklə gözləyirəm. Yüksək liqada oynamaqla bağlı istəyim var idi. Amma futbolda hər şey fərqli işləyir".

Xatırladaq ki, millimizin cinah oyunçusu karyerası ərzində Niderlandın birinci liqasında yarışan "Eyndhoven” və “Telstar” klublarında oynayıb. 
 

Xəbər xətti