"Kəpəz" iki legoneri ilə bağlı qərar verdi

17:34 - 29 İyun 2025

"Kəpəz" iki futbolçu ilə müqaviləni yeniləyib.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Mahamadu Ba və Paçu Lira ilə iki illik anlaşma imzalanıb.

Hücumçu mövqeyində oynayan Paçu son çempionatda 27 oyun keçirərək 4 qol vurub, eyni sayda assist edib. Ampluaca yarımmüdafiəçi olan Ba isə 25 matçda meydana çıxıb. Malili oyunçu azarkeşləri 3 qolla sevindirib.

"Kəpəz"  Trent Buhagiar, Rati Ardazişvili, Kərim Lkoça, Yeqor Xvalko,  Dioqo Verdaşka, Rojerio Santos, Valdemar Almeyda ilə yollarını ayırıb.

Xəbər xətti