Bakıda UEFA-nın B kateqoriyalı məşqçi kursları keçiriləcək

15:18 - 14 İyul 2025

Bakıda UEFA-nın B kateqoriyalı məşqçi kursları keçiriləcək.

Sportal.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Kurslar avqustun 11-dən 14-dək (1-ci modul), sentyabrın 8-dən 11-dək (2-ci modul), oktyabrın 6-dan 9-dək (3-cü modul) və noyabrın 3-dən 6-dək baş tutacaq.

Qeyd edək ki, kursda iştirak üçün ödənişin məbləği 1000 manatdır.

Xəbər xətti