Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Araz-Naxçıvan”ın rəqibi olan Yunanıstanın “Aris” klubu daha bir transferi reallaşdırıb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Saloniki təmsilçisi Finlandiya millisinin hücumameyilli yarımmüdafiəçisi Fredrik Yensenlə anlaşıb. Tərəflər 3 illik müqaviləyə razılaşıblar.
Yeni transferi klubun rəsmi saytına açıqlamasında bunları deyib:
“İlk məqsədimiz avrokuboklarla bağlıdır. Konfrans Liqasının əsas mərhələsinə düşmək istəyirik. Bunun üçün əlimizdən gələni edəcəyik".
Xatırladaq ki, “Araz Naxçıvan” - "Aris" matçları iyulun 24-ü və 31-də keçiriləcək.