Almaniyanın “Kayzerslautern” klubunun azərbaycanlı hücumçusu Mahir Emreli “qırmızı şeytanlar”ın ilk turda “Hannover”lə qarşılaşacağı ikinci Bundesliqasının oyunu və yeni mövsümə komandanın hazırlığı ilə bağlı fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, "SWR" nəşrinə danışan millimizin üzvü "Kayzerslautern"in məqsədindən də danışıb:
"Mövsümöncəsi hazırlıq çətin keçdi, çox çalışdıq. Son məşqdə daha çox oyun və taktiki elementlər üzərində işlədik. Düşünürəm ki, mövsümə hazırıq. Amma təbii ki, mövsümün ilk rəsmi oyunu həmişə çətin olur. Formaya düşmək və ən yaxşı formada olmaq üçün həmişə bir neçə oyun lazım gəlir. Bu mövsüm məqsədimiz ilk "üçlük"də yer almaqdır. Buna mütləq nail olmağa çalışacağıq".