UEFA Çempionlar Liqası: "Qarabağ" "Şkendiya" ilə cavab matçına çıxır - YENİLƏNİR

11:18 - 12 Avqust 2025

"Qarabağ" UEFA Çempionlar Liqasında bu gün III təsnifat mərhələsinin cavab görüşünə çıxacaq.

Sportal.az xəbər verir ki, Azərbaycan çempionu Şimali Makedoniyanın "Şkendiya" klubunu qəbul edəcək.

Ağdam klubunun səfərdə məğlub etdiyi rəqibi ilə Bakıdakı görüşünə 20:00-da start veriləcək. 

Cütün qalibi pley-offda "Ludoqorets" (Bolqarıstan) - "Ferentsvaroş" (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqası

3-cü təsnifat mərhələsi, cavab oyunu

20:00 "Qarabağ" - "Şkendiya"

Baş hakim: Danni Makkelie
Baş hakimin köməkçiləri: Hessel Steeqstra, Yan de Vries
Dördüncü hakim: Mark Naqteqaal
VAR: Dennis Hiqler
AVAR: Riçard Marten
Tofiq Bəhramov adına Respublika stadionu

Xəbər xətti