"Qalatasaray"ın sabiq forvardı Türkiyəyə geri qayıtdı

11:47 - 12 Avqust 2025

“Qalatasaray”ın sabiq hücumçusu Mbaye Diagne karyerasını yenidən Türkiyədə davam etdirəcək.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, seneqallı hücumçu 1-ci liqada çıxış edən “Amedspor”la anlaşıb. O, Türkiyəyə gələrək, tibbi müayinədən də keçib. 33 yaşlı forvard Diyarbəkir təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.

Diagne son olaraq Səudiyyə Ərəbistanının NEOM klubunda oynamışdı. Bundan əvəvl isə Mbaye “Yuventus”, “Kasımpaşa”, “Qalatasaray”, “Vest Bromviç”, “Fatih Karagümrük” klublarında çıxış edib.

Xəbər xətti