Onana İtaliyaya qayıda bilər

18:24 - 18 Avqust 2025

"Mançester Yunayted"in qapıçısı Andre Onana İtaliyaya qayıda bilər.

Sportal.az xəbər verir ki, "İnter" sabiq futbolçusunu qaytarmaq istəyir. Bu barədə "The Sun" nəşri məlumat yayıb.

Milan təmsilçisi kamerunlu qolkiper üçün İngiltərə klubuna rəsmi təklif göndərməyə hazırlaşır.

"Qırmızı şeytanlar" Onananı satmağa isti yanaşır. Baş məşqçi Ruben Amorim Premyer Liqanın 1-ci turunun "Arsenal"la matçında 29 yaşlı "əlcək sahibi"nə şans verməyib.

Qeyd edək ki, "Mançester Yunayted" Andre Onananı 2023-cü ilin yayında "İnter"dən 50 milyon avroya transfer edib.

Xəbər xətti