Premyer Liqa klubu 30 milyon avroya hücumçu transfer etdi

18:50 - 18 Avqust 2025

İngiltərənin "Nottingem Forest" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, "qırmızılar" "Renn"dən Arnu Kalimuendonu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Nottingem Forest" fransalı futbolçu üçün onun klubuna 30 milyon avro təzminat ödəyəcək. 23 yaşlı forvardla 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Renn" Kalimuendonu 2022-ci ilin yayında PSJ-dən transfer edib. Fransa U-21 millisinin sabiq üzvü ötən mövsüm Liqa təmsilçisinin heyətində meydana çıxdığı 34 rəsmi matçda 18 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti