"Beşiktaş" futbolçusu Elan Rikardonu icarəyə verib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi kolumbiyalı yarımmüdafiəçini Braziliyaya göndərib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Rikardo "Atletiko Paranaense"yə keçib. 21 yaşlı oyunçu 2025/2026 mövsümünün sonuna kimi A Seriyası təmsilçisinin formasını geyinəcək.
Qeyd edək ki, "Beşiktaş" Elan Rikardonu bu ilin fevral ayında ölkəsinin "Ekidad" klubundan transfer edib.
saytlarin hazirlanmasi