Diniyev “Araz-Naxçıvan”dan dəvət gözləyir

20:59 - 19 Avqust 2025

Azərbaycan millisinin futbolçusu Coşqun Diniyev hələ də klubsuzdur.

Sportal.az Futbolinfo.az-a istinadən xəbər verir ki, hazırda Bakıda olan 30 yaşlı yarımmüdafiəçinin “istirahət günləri” uzun çəkib.

Türkiyə “Çorum”undan gözlənilməz şəkildə ayrılan Diniyevə heç Azərbaycan klubları da maraq göstərmir. Misli Premyer Liqasında legioner limitinin ləğv edilməsi milli üzvünün də işlərinə maneə yaradıb. Böyük ehtimalla o, yığmanın dünya çempionatının seçmə mərhələsində keçiriləcək İslandiya və Ukrayna ilə oyunları üçün heyətə çağrılmayacaq.

Coşqunun “Qəbələ”yə keçmək ehtimalı olsa da, tərəflər maliyyə məsələsində anlaşmayıb. Yarımmüdafiəçinin istədyi maaş bölgə təmsilçisinin imkanları xaricində olub. Hazırda o, “Araz-Naxçıvan”dan cavab gözləyir. Muxtar respublika təmsilçisi rəsmi təklif etməsə də, futbolçunun şərtləri ilə maraqlanıb, klub daxilində müzakirə gedir.

Xəbər xətti