Burak Yılmaz Super Liqaya qayıtdı - RƏSMİ

17:35 - 19 Avqust 2025

Türkiyənin "Qaziantep" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisini Burak Yılmaz çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

40 yaşlı mütəxəssislə 2025/2026 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Burak Yılmazın son iş "Kasımpaşa" olub. "Qaziantep" isə İsmet Taşdemirlə yollarını ayırıb.

Xəbər xətti